BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

"Ermənistanın qeyri-konstruktiv addımlarını müşahidə edirik” - Ceyhun Bayramov

09 aprel 2021 11:15:38

Üçtərəfli bəyanatın imzalanması regionda yeni təhlükəsizlik və inkişaf formatının yaranmasına səbəb olub.

 

Zəfər.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, insanların işğaldan azad edilmiş ərazilərə təhlükəsiz formada qayıtması istiqamətində Azərbaycan lazımı addımlar atır:

"Eyni zamanda, Azərbaycan regionda yeni əməkdaşlıq formatının yarandığını bildirərək əməkdaşlığa açıq olduğunu bəyan edir. Lakin Azərbaycanın bu cür konstruktiv mövqeyi fonunda biz Ermənistanın qeyri-konstruktv addımlarını və bəyanatlarını müşahidə edirik”.(Modern.az)