Vətən müharibəsindən sonra 20 vətəndaşımız mina partlayışından həlak olub - 85-i yaralanıb
09 aprel 2021 10:02:08
"Münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib".
Zəfər.az-ın məlumatına görə, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 8-i mülki şəxs olmaqla, 85 vətəndaş ağır yaralanıb: “Mina qurbanı olan 20 insanın həyatı xilas edilə bilərdi. Ermənistan bunu etmədi. Ermənistanın insan həyatına bais olan minaları basdırması müharibə cinayətidir".