NATO Hərbi Komitəsinin sədri Ukraynaya getdi
08 aprel 2021 10:52:09
NATO Hərbi Komitəsinin sədri, general Stüart Piç Ukraynaya gedib.
Zəfər.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Bildirilib ki, o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general-polkovnik Ruslan Xomçakla Lvov şəhərində görüşüb.
Görüş zamanı Ukrayna və bölgədəki təhlükəsizlik məsələsi müzakirə olunub.
NATO standartları əsasında Ukrayna ordusunda islahat prosesi gündəmdə olduğu iclasda Piç alyansın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.
Xomçak da səfərin strateji tərəfdaşlığa verilən önəmin göstəricisi olduğunu qeyd edib, NATO və Ukrayna ordusu arasındakı əlaqələri sürətləndirdiyini vurğulayıb.