BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hərbçimiz məzuniyyəti zamanı yanaraq ölüb - Rəsmi

07 aprel 2021 19:16:56

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.

Bu barədə Zəfər.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, əslən Tərtərdən olan 23 yaşlı E. Sarızadə nişanlı idi.