İƏT nümayəndələri Ağdamdan Gəncəyə getdilər
07 aprel 2021 11:35:29
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.
Zəfər.az-ın məlumatına görə, Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri daha öncə işğaldan azad olunan Ağdam rayonunda olublar, orada Cümə məscidini ziyarət edib və namaz qılıblar.
Gəncə şəhərinə səfərin məqsədi II Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin Gəncə şəhərində törətdiyi müharibə cinayətləri ilə tanış olmaqdır.