BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azad edilmiş ərazilərdə mineral ehtiyatların qiymətləndirilməsinə başlanılıb - Nazirlik

07 aprel 2021 11:32:37

Ekologiya Nazirliyi işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlərə başlayıb.

 

Zəfər.az xəbər verir ki, bu barədə nazirliyin “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib. Xidmət rəisi söyləyib ki, həmin ərazilər böyük ehtiyatlara malikdir:

 

“1993-cü ilə qədər bu regionda 167 yataq kəşf edilərək ehtiyatlar hesablanıb. Burada 126 qeyri-filiz tikinti materialları və inşaat materialları yatağı, 15 filiz yatağı və 26 yeraltı şirin içməli və termal su yatağı mövcud olub. Azad edilmiş ərazilərdəki yataqlarda çox böyük ehtiyatlar hesablanıb və yaxın zamanda müvəffəqiyyətlə istismara cəlb ediləcək”.(Modern.az)