BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəkər xəstəliyi ilə bağlı qanuna dəyişiklik edilir

07 aprel 2021 11:24:16

Azərbaycanda şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini aparan orqan dəyişir.

 

Zəfər.az-ın məlumatına görə, bununla bağlı “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik təklif edilir.

Qüvvədə olan qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşmaları, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliyi tərəfindən yaradılır.

 

Layihəyə əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin uçotunun aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşma, əlilliyin, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən registr yaradılacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), yəni TƏBİB-in həmin registrə çıxışı təmin ediləcək.

 

Hazırda Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin uçotu aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir. Şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərə təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir və səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir.(Modern.az)