BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şuşaya atılan “İskəndər” raketi tam olaraq partlayıb

02 aprel 2021 16:08:35

“İskəndər” raketləri Şuşa istiqamətində iki ərazidə aşkar edilib.

 

Zəfər.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin operativ qərargahın rəisi İdris İsmayılov deyib.

 

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşa ərazisində martın 15-də aşkar olunub:

 

“Raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı onun “9M723” raketinin olduğu müəyyən olunub. Hansı ki onun kod adı “İskəndər” olduğu müəyyən olunub.

 

Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir. Bildiyiniz kimi bu raketin bir neçə növü vardır. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

 

“Raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır. Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”, - deyə İdris İsmayılov qeyd edib.