BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Lavrov bu gün Bayramov və Ayvazyanla görüşəcək

01 aprel 2021 09:44:41

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün MDB XİN Şurasının iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

 

Zəfər.az xəbər verir ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinq zamanı Lavrovun Ceyhun Bayramovla yanaşı, ermənistanlı həmkarı Ara Ayvazyanla da görüşəcəyini əlavə edib.

 

Nazir azərbaycanlı və erməni həmkarı ilə ayrı-ayrılıqda qapalı görüşərək Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.