BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Bakını Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizləri... - XƏRİTƏ

02 aprel 2021 09:43:39

Erməni politoloq, “Orbeli” analitik mərkəzinin keçmiş əməkdaşı Andranik Ovannisyan Naxçıvanla Azərbaycanın qalan ərazilərini birləşdirəcək nəqliyyat dəhlizləri barədə məılumat verib.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-də Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bununla bağlı şifahi razılıqlar verdiyini söyləyib.

 

Paşinyanın Zəngəzurdan keçərək Naxçıvan və Türkiyəyə uzanan 2 nəqliyyat dəhlizinin açılmasına razılıq verdiyi bildirilir.

 

Bunlar Bakı-Horadiz-Meğri-Naxçıvan dəmir yolu xətti və Bakı-Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan avtomobil yoludur.

 

Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizlərinə nəzarəti Ermənistan tərəfi deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək.