BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilərin darmadağın edildiyi “Lələtəpə əməliyyat”ı - 650 ölü, məhv edilən 42 tank...

02 aprel 2021 09:40:10

Ermənistanlı politoloq, “Nəsillər üçün həqiqət” vətəndaş təşəbbüsü qrupunun rəhbəri Qeqam Nazaryan 44 günlük Vətən müharibəsi barədə yeni faktlar açıqlayıb.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, Qeqam Nazaryan 2020-ci il oktyabrın əvvəllərində Ermənistan ordusunun Cəbrayıl rayonu istiqamətində keçirdiyi “Lələ Təpə” əməliyyatının uğursuzluğa düçar olmasından danışıb.

 

“Lələ Təpə əməliyyatı əsl soyqırımı idi. Bizim 650 ölümüz var idi, 44 tankdan 42-si döyüş meydanında qaldı”- deyə Nazaryan söyləyib.

 

Politoloq oğlu Abqar Nazaryanın da həmin hücum əməliyyatında öldüyünü və buna görə məsuliyyəti baş nazir Nikol Paşinyan hakimiyyətinin daşıdığını əlavə edib.