BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İtkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı SON MƏLUMAT

30 mart 2021 18:56:42

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı 01.03.2021-ci il tarixə olan son statistik məlumatlar açıqlanıb.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Zəfər.az-a verilən məlumata görə, son rəqəmlər aşağıdakı kimidir:

 

1.Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3890 nəfər

 

a) hərbçilər - 3171 nəfər

 

b) mülki şəxslər - 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca)

 

a) kişilər - 3623 nəfər

 

b) qadınlar - 267 nəfər

 

Qeydiyyata alınmış itkinlərdən

 

əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər - 872 nəfər

 

a) hərbçilər - 605 nəfər

 

b) mülki şəxslər - 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca)

 

a) kişilər - 774 nəfər

 

b) qadınlar - 98 nəfər

 

2.Əsir və girovluqdan azad edilmiş şəxslər - 1480 nəfər

 

a) hərbçilər - 378 nəfər

 

b) mülki şəxslər - 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)

 

a) kişilər - 1123 nəfər

 

b) qadınlar - 357 nəfər