BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Türk Şurası ölkələri liderlərinin qeyri-formal görüşünün gündəliyi AÇIQLANDI

30 mart 2021 18:42:54

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin sabah videoformatda keçiriləcək qeyri-formal görüşünün gündəliyi açıqlanıb.

 

Zəfər.az-ın xəbərinə görə, Zirvə Görüşündə təşkilata üzv bütün ölkələr dövlət başçısı səviyyəsində (Macarıstan Baş nazir səviyyəsində) təmsil olunacaq və iclas 15:00-da başlayacaq.

 

Zirvə Görüşünə Şuraya rəsmi üzv olmayan Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da qatılacaq. Liderlər 10-15 dəqiqə ərzində çıxış edəcəklər.

 

Zirvədə Görüşünün yekununda birgə Türküstan deklarasiyası qəbul olunacaq. Bu deklarasiya çərçivəsində qədim Türküstan şəhəri “Türk dünyasının mənəvi paytaxtı” elan ediləcək.(Modern.az)