BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Putin, Merkel və Makron Qarabağı MÜZAKİRƏ EDƏCƏK

30 mart 2021 18:38:57

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmauel Makronla telefonda danışacaq.

 

Zəfər.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yaxın günlərdə baş tutacaq telefon danışığı zamanı əsas müzakirə mövzusu Ukraynanın Donbas regionunda yaranmış vəziyyət və Minsk razılaşmaları olacaq.

 

Paralel olaraq, liderlər Qarabağda mövcud durumu, “Şimal axını – 2” layihəsini, vaksinlərin sertifikatlaşması və bazara sərbəst buraxılmasını müzakirə edəcək.

 

Rəsmi Berlin siyasətçi Aleksey Navalnı ilə bağlı məsələni, Belarusda seçkisonrası vəziyyəti və Moskvaya qarşı sanksiyaları müzakirə etməyi də planlaşdırır. Putinin Avropa liderləri ilə danışıqlarının gərgin keçəcəyi proqnozlaşdırılır.(Modern.az)