Rusiya Ermənistanda hərbi mövcudluğunu GÜCLƏNDİRİR
30 mart 2021 18:37:04
Rusiya Ermənistanda hərbi kontingentini gücləndirməkdə davam edir.
Zəfər.az yerli KİV-ə istinadən xəbər verir ki, Gümrü şəhərinin 5 kilometrliyində yerləşən “Şirak” aeroportunda yeni anqarlar və hərbi obyektlərin tikintisi başlanılıb.
Aeroprtun genişləndirilərək Rusiyanın 102-ci hərbi bazasının ehtiyaclarını ödəyəcəyi xəbər verilir. Ərazidə Rusiyaya məxsus müasir dronların yerləşdiriıməsi planlaşdırılır.