BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Nazirlikdən yeni maarifləndirici videoçarx - VİDEO

13 mart 2020 18:15:12

Yollarda diqqətli və məsuliyyətli olaq ki, arzularımız yarımçıq qalmasın.

 

Daxili İşlər Nazirliyi yol nəqliyyat hadisələri zamanı piyadaların vurulması hallarının qarşını almaq üçün yeni maarifləndirici videoçarx hazırlayıb.

 

Nazirlikdən verilən məlumata görə, sosial çarxda baş rolda Azərbaycanın əməkdar artisti "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Tahir İmanov çəkilib.