BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti keçiriləcək

18 mart 2021 17:27:32

Martın 31-də Qazaxıstanın Türkistan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-formal Sammiti keçiriləcək.

 

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Məlumatda qeyd olunur ki, sammit Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə baş tutacaq.

 

Səfirlikdən o da bildirilib ki, Türk Şurasına üzv olan bütün dövlətlərin başçıları və sözügedən təşkilatda müşahidəçi olan Macarıstanın Baş Naziri forumda iştirakını təsdiqləyiblər.

 

Sammitin sonunda Türküstanın Türk dünyasının mənəvi paytaxtı elan edilməsinə dair Bəyannamənin imzalanması gözlənilir.

 

Qeyd edək ki, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür.(Modern.az)