XİN Sumqayıt hadisələri ilə bağlı BMT-yə sənəd təqdim etdi - FOTO
12 mart 2020 17:05:30
Azərbaycan hökuməti 1988-ci il fevral ayında Sumqayıt şəhərində baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasına sənəd təqdim edib.
Zəfər.Az Modern.az-a istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin tvitter səhifəsində məlumat verilib.
Sənəddə vurğulanıb ki, rəsmi araşdırma 1988-ci ilin fevral ayında cərəyan edən hadisələrin erməni ekstrimist təşkilatları tərəfindən Azərbaycanı nüfuzdan salmaq və Ermənistanın qeyri-qanuni işğalçı niyyətlərini ört-basdır etmək məqsədi ilə hazırlanıb həyata keçirildiyini təsdiqləyib.
Sənəd Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Yaşar Əliyev tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilib.
Qeyd edək ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.