Sülhməramlıların enerji təminatına 1.3 milyon manat xərclənəcək
18 mart 2021 11:58:06
"Azərişıq” ASC Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzinin (1), eləcə də Tərtər rayonunun Suqovuşan kəndinin (2) elektrik enerjisi ilə təchizatı üçün elan etdiyi 2 açıq tenderə yekun vurub.
Zəfər.Az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Everest Tikinti” MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 1,313 milyon manat və 4,568 milyon manat, ümumilikdə 5,881 milyon manat ödəniləcək.