BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Rusiya ABŞ-dakı səfirini Moskvaya çağırdı

18 mart 2021 11:50:31

ABŞ Prezidenti Co Baydenin Rusiyanın dövlət başçısı Vladimir Putin haqqındakı açıqlamasından sonra ölkənin Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Anatoli Antonov Moskvaya çağırılıb.

 

Zəfər.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova açıqlayıb.

 

“Səfir fikir mübadiləsi və ABŞ-la münasibətlərdə nələr ediləcəyini, haraya gediləcəyini təhlil etmək üçün Moskvaya çağırılıb”, - Baydenin Rusiya liderini “ABŞ seçkilərinə müdaxiləyə görə “cəza çəkəcəyini” söyləməsi barədə yazılı açıqlamasında M.Zaxarova deyib.


“Bayden administrasiyası 100 günü yaxında tamamlayır. Bu da Bayden komandasının hansı mövzularda qənaətbəxş olub-olmadığını təhlil etmək üçün səbəbdir”, - Zaxarova əlavə edib.

 

Rusiya XİN sözçüsü vurğulayıb ki, Vaşinqtonun son illər gərginləşdirdiyi və gərgin olan Rusiya-ABŞ münasibətlərini düzəltmək üçün yolların müəyyənləşdirilməsi vacibdir:

 

“Əgər amerikalılar bununla bağlı risklərin fərqindədirlərsə, əlaqələrin geri dönüşü olmayan şəkildə pozulmasını əngəlləməkdə maraqlıyıq. Bu məsələlər barədə XİN-dəki və digər əlaqədar qurumlardakı müzakirələrdə səfirlə fikir mübadiləsi aparılacaq”.(Modern.az)