BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İtkin düşən hərbçimizin nəşi tapıldı - FOTO

18 mart 2021 11:40:05

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

 

Zəfər.az xəbər verir ki, şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal Elşən oğludur.

 

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.


Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb (apa).