BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Türkiyə-Azərbaycan əməkdaşlığı bütün türk cümhuriyyətləri üçün örnəkdir” - Mustafa Şentop

18 mart 2021 11:32:06

“2020-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi baxımından tarixi dönüş nöqtəsi oldu”.

 

Zəfər.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Manas Universiteti və Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı deyib.

 

“Qardaşlığımızdan irəli gələrək Azərbaycana haqlı mübarizəsində verdiyimiz dəstək bütün dünyanın diqqətini çəkib. Azərbaycanla hər sahədə mükəmməl səviyyədə olan əlaqələrimiz bundan sonra da “iki dövlət, tək millət” anlayışı çərçivəsində davam edəcək”, - deyə Türkiyə parlamentinin sədri qeyd edib.

 

M.Şentop Türkiyə ilə Azərbaycan arasında təsis edilən tarixi əməkdaşlıq və qardaşlıq hüququnun bütün türk cümhuriyyətləri üçün müstəsna bir örnək olduğuna inandıqlarını da vurğulayıb.(Modern.az)