BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid Milli Qəhrəmanın şəxsi əşyaları Tarix Muzeyinə verildi

18 mart 2021 11:16:05

Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) verilib.

 

AMEA-dan Zəfər.az-a bildirilib ki, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə fəal iştirak edən şəhid polkovnik Şükür Həmidovun şəxsi əşyalarını muzeyə onun qohumu, MATM-ın əməkdaşı Zümrüd İsmayılova verib.

 

II Fəxri xiyabanda dəfn edilən Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində fərqlənib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, Vətən müharibəsindəki şücaətlərinə görə, "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.(Modern.az)