BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Prezident İpoteka Fondunun tərkibini YENİLƏDİ

18 mart 2021 11:12:17

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiqlənib.

 

Zəfər.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

 

Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.