BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Hərbçilər şəhidlərin məzarlarını ziyarət ediblər - FOTO

17 mart 2021 12:30:12

Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət edib.

 

Müdafiə Nazirliyindən Zəfər.az-a verilən məlumata görə, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.