Azad olunmuş ərazilərdə meşələrin bərpası üçün xüsusi proqram hazırlanır
 
                  17 mart 2021 12:21:46
İşğaldan azad olunmuş ərazilərdə meşə bərpa işlərinin aparılması üçün xüsusi proqram hazırlanır.
Zəfər.az-ın məlumatına görə, bunu ETSN yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı” proqramında deyib.
O bildirib ki, meşə bərpa işlərinin meşə fondu ərazilərinin minalardan təmizlənməsindən sonra aparılması nəzərdə tutulur.
 
                                 
                                 
                                 
                         
                        