BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Sevinc Orucova Şəhid mayorun ailəsini ziyarət etdi - FOTO

17 mart 2021 11:42:31

16 mart 2021-ci il İlaxır çərşənbə günü "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım Alızadə şəhid mayor Əhədzadə İlkinin ailəsini ziyarət edib.

 

Zəfər.az bildirir ki, ailənin problemləri və övladlarının təhsili ilə maraqlanan Sevinc xanım hər zaman onların yanında olduqlarını bildirib.

 

Sevinc xanım bildirib ki, şəhidimizin ocağında 3 gözəl balası böyüyür, hər biri Vətənə əmanətdir. Ailədə ailə dəyərlərimizə olan bağlılıq, sevgi qarşılıqlı hörmət insana o qədər xoş təsir bağışlayır ki.. Şəhid zabitimizin gözü arxada qalmayacaq, övladlarını Vətənə və atasına layiq böyüdəcək bir azərbaycanlı xanımı, eləcə də ailəni hər qayğıyla əhatə edə biləcək ağbirçək anası vardır.