BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Qarabağda həlak olan daha 96 erməni hərbçinin adı açıqlandı

16 mart 2021 09:39:16

Ermənistan İkinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin növbəti siyahısını açıqlayıb.

 

Zəfər.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Siyahıda 96 hərbçinin adları yer alıb.

 

Qeyd edək ki, müharibənin sona çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi hələ də ikinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin sayını gizlədir. Yalnız Səhiyyə Nazirliyi 3 600-yə yaxın meyitin ekspertizadan keçirildiyini açıqlayıb. Yerli hərbi ekspertlər bunun Paşinyan hakimiyyətinin müharibənin uğursuzluqlarını ört-basdır etməsi ilə əlaqələndirir, müharibədə ölən hərbçilərin sayının 5 000-dən çox olduğunu bildirirlər.(Modern.az)