BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Dini Komitə yanında İctimai Şuraya seçki keçirilib

16 mart 2021 09:30:07

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

 

Seçkinin təşkili məqsədilə ötən il Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən Şuraya üzvlüyün say həddi 7 olaraq təsdiq edilib.

 

Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün 19.02.2021-ci il tarixdən 05.03.2021-ci il tarixinədək DQİDK tərəfindən elan verilib və müraciət edən 43 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi qeydiyyata alınıb. Onlardan 37 nəfər səsvermədə iştirak edib.

 

Seçkinin yekunu olaraq DQİDK yanında İctimai Şuranın 7 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:

 

1. Alızadə Sevinc Əsgərxan qızı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi;

2. Mehdiyev Nurəddin Səftər oğlu, “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosasiyası İctimai Birliyi;

3. Sadıqlı Vasif İbrahim oğlu, “Din və Demokratiya Mərkəzi” İctimai Birliyi;

4. Məmmədova Nüşabə Ələsgər qızı, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyi;

5. Bayramov Çingiz İbrahim oğlu, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB);

6. Zeyni Rauf Xurşud oğlu, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu;

7. Çobanzadə Elçin Əlişah oğlu, “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq liqası” İctimai Birliyi.

 

Qeyd edək ki, İctimai Şuranın yaradılması Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi məqsədi daşıyır.