BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Şəhid polkovnik-leytenantların xanımları görüşdü - FOTO

15 mart 2021 18:36:04

Bu gün (15.03.2021) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində Vətən müharibəsində Şəhid olmuş polkovnik-leytenantların bir qisminin ailə üzvləri ilə görüş keçirilmişdir.

 

Görüşdə Şəhid ailələrinin problemləri dinlənilmiş, şəhid övladlarının təhsili, ailələrin maddi-məişət problemləri ilə bağlı müzakirələr edilmişdir. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Görüşdə:

 

Şəhidlərimiz:

- Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Əfqan Abdurəhmanovun

- Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin

- Polkovnik-leytenant Mehman Qənbərovun,

- Polkovnik-leytenant Zaur Cəfərovun

- Polkovnik-leytenant Sədi Musayevin

- Polkovnik-leytenant Rəşad Quliyevin

- Polkovnik-leytenant Soltan Məmmədovun

- Polkovnik-leytenant Elzamin Təhməzovun

- Mayor Natiq İsmayılovun

 

həyat yoldaşları iştirak etmişdilər.

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təsisçiləri Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova və Şəhid polkovnik Vüqar Yusifovun xanımı Lalə Əliyeva şəhid xanımlarına hər zaman mənəvi dəstək verməyə hazır olduqlarını bildirmişlər.

 

Görüşdə həmçinin Sankt-Peterburqdan Azərbaycana qonaq gələn dəyərli azərbaycanlı türkoloq alim Şahnaz Kamal  iştirak etmişdir.