BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Xocavənddə mülki azərbaycanlı minaya düşdü

15 mart 2021 15:42:18

Martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşüb.

 

Xocavənd rayon prokurorluğundan Zəfər.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyənləşib.

 

Faktla bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır.