BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Müharibədən sonra regionda vəziyyət dəyişib - ATƏT sədri

15 mart 2021 15:17:34

Regiondakı hazırkı vəziyyət xarici işlər naziri Ceyhun Bayramovla danışıqların əsas müzakirə mövzusu olub.

 

Zəfər.az-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

 

Ötən ilin 10 noyabr üçtərəfli bəyanatından sonra regionda vəziyyətin əsaslı şəkildə dəyişdiyini deyən A.Linde həmin sənədə öz dəstəyini ifadə edib.

 

O bildirib ki, ikitərəfli münasibətlərin inkişafı da İsveç üçün çox vacibdir.(Modern.az)