BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Əfv Komissiyası sonuncu iclasa toplaşacaq

15 mart 2021 15:10:34

Əfv Məsələləri Komisiyası martın 17-də videoformatda sonuncu iclasını keçirəcək.

 

Bu barədə Zəfər.az-a Komissiya üzvü Rəşad Məcid məlumat verib.

 

R.Məcid qeyd edib ki, ümimilikdə iclaslarda 1000-nə qədər müraciətə baxılıb:

“Sonuncu iclasda Komissiya öz işini yekunlaşdıraraq, sənədlərin cənab Prezidentə təqdim olunmasını təmin edəcək”.

 

Komissiya üzvünün sözlərinə görə, Novruz bayramında ölkə başçısı tərəfindən növbəti əfv sərəncamı imzalanacaq.