BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Türkiyəli nazirin qətlindən 100 il ötür – Erməni terrorçu niyə azadlığa buraxıldı?

15 mart 2021 15:00:26

Bu gün Osmanli İmperiyasının daxili işlər naziri olmuş Tələt Paşanın qətlindən 100 il ötür.

 

Zəfər.az xatırladır ki, 1921-ci il martın 15-də Berlində erməni terrorçusu Soqomon Teyleryan Tələt Paşanı Lüger tapançasından atəş açaraq qətlə yetirmişdi.

 

1921-ci ilin iyununda keçirilən məhkəmə prosesi qətli törətdiyini inka etməyən Soqomon Teyleryana gözlənilmədən bəraət hökmü çıxarmışdı. Erməni terrorçu ABŞ-a köçərək 1960-cı ildə orada vəfat edib.

 

Tələt Paşanın nəşi 1943-cü ildə Berlindən İstanbula gətirilib.