BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Tağıyev haqqındakı film Hollywood-un qalibləri arasında

15 mart 2021 14:52:47

Hacı Zeynalabdin Tağıyev barədə çəkilən filmimiz “Hollywood Blood Horror” festivalının jurnalında qalib olmuş filmlər arasındadır.

 

Bu barədə Zəfər.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

 

ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə keçirilən “The Broadway International Film Festival”ı panidemiyaya görə 2020-ci ildə keçiriləcək olan festivalı seçimini 2021-ci ilə keçirdi. Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmimiz festivalın jurnalında qaliblər sırasına göstərilib, amma çox təəssüf ki, jurnalda səhvlik olub, ölkə adı yanlış qeyd olunub. Jurnalda Azərbaycan əvəzinə Afrika ölkəsi olan Qana yazılıb. Keçən ay “100 illik şərəfli ömür” filmi festivalın sertifikatına layiq görülmüşdü, indi isə qalib olmuş filmlər arasındadır.

 

“The Broadway International Film Festival Los Angeles (BIFFLA)” 14 illik festivaldır və Los Anceles, ABŞda keçirilir.Festival vasitəsilə sənətkarlar, siyasi liderlər, iş adamları və cəmiyyət bir araya gələrək böyük tədbir həyata keçirilir və mədəniyyətə, film sahəsinə və onun tarixi əhəmiyyətinə diqqət yetirilir. Festival ABŞ Nümayəndələr Palatasının dəstəyi ilə keçirilir.

 

Hacı Zeynalabdin Tağıyev barədə çəkilən “100 illik şərəfli ömür” filmimiz artıq Avropadan, ABŞ-dan 11-ci mükafatını aldı. Film hətta Lissabon şəhərində keçirilən “Heritales - International Heritage Film Festival”da da seçilmişdi. Lissabon universiteti filmimizi 2022-ci ilə qədər dünya irsini öyrənmək və tələbələrə göstərmək məqsədilə bizlə müqavilə bağladılar. “100 illik şərəfli ömür” filmi tələbələr arasında bəyənildiyinə görə universitetdə müqaviləmiz bir il də uzadıldı. Bizim məqsədimiz Hacı Zeynalabdin Tağıyevi dünyada tanıtmaqdır.

 

“Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”,-C.Qasımov deyib.

 

Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.(Modern.az)