Prezident Novruz bayramında əfv sərəncamı İMZALAYACAQ
11 mart 2021 15:16:03
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.
Zəfər.az-ın məlumatına görə, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.