Rusiya sülhməramlıları Kəlbəcərə 130 ton yük çatdırdı
11 mart 2021 15:05:14
Qarabağdakı Rusiya sülhməramlı kontingenti Kəlbəcərə yük daşınması prosesində iştirak edib.
Zəfər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 20 "KamAZ" avtomobili vasitəsilə 130 ton yük Kəlbəcər ərazisinə çatdırılıb. Yük daha çox tikinti materialları və digər humanitar məqsədli ləvazimatlardan ibarət olub.
Karvanda yük maşınları ilə yanaşı, müşayiətedici avtomobil də iştirak edib.