BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Paşinyan generallarla görüşdü - VİDEO

11 mart 2021 15:04:03

Ermənistanın Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri ilə görüş keçirib.


Zəfər.az "news.am"a istinadən xəbər verir ki, görüşdə müdafiə naziri Vaqarşak Arutyunyan, Baş qərargah rəisinin müavinləri, general-leytenant Artak Davtyan və başqaları iştirak ediblər. İstefaya göndərilən Baş qərargah rəisi Onik Qasparyan isə Paşinyanla görüşdə iştirak etməyib.

 
Paşinyan müzakirələr zamanı Qasparyanla bağlı məsələyə də toxunub.

“Bilirsiniz ki, general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş qərargah rəisi vəzifəsindən azad olunması barədə qərar artıq qüvvəyə minir. General-leytenant Artak Davtyanın onun yerinə təyin edilməsi haqda prezidentə vəsatət təqdim etməyimdən də xəbərdarsınız. Davtyan 2018-2020-ci illərdə Baş qərargaha rəhbərlik edib və işi ilə hamıya tanışdır. Ümid edirəm ki, biz birlikdə bu sınaqdan çıxacağıq”, - deyə Baş nazir bildirib.(Modern.az)