BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Milli Məclisin komitə sədrlərinin müavinləri - SİYAHI

10 mart 2020 14:54:33

Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında komitə sədrlərinin müavinləri də seçilib.

 

Zəfər.Az Modern.az-a istinadən komitələr üzə müavinlərin siyahısını təqdim edir:

 

Deputat Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini,

deputat Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini,

deputat Musa Qasımlı Elm və təhsil komitəsinin sədr müavini,

deputat Rəşad Mahmudov Səhiyyə komitəsinin sədr müavini,

deputat Sabir Hacıyev Aqrar siyasət komitəsinin sədr müavini,

deputat Fazil Mustafa Mədəniyyət komitəsinin sədr müavini,

deputat Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini,

deputat Məlahət İbrahimqızı Əmək və sosial siyasət komitəsinin sədr müavini,

deputat Qüdrət Həsənquliyev Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini,

deputat Hikmət Məmmədov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini,

deputat Tahir Kərimli İnsan hüquqları komitəsinin sədr müavini seçiliblər.

 

Qeyd edək ki, deputat Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin sədrləri təsdiq ediliblər.