BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

05 mart 2021 12:32:38

Azərbaycan İkinci Qarabağ savaşını qalib olaraq bitirdi. Döyüş meydanında zəfər çalan Azərbaycan ordusunu daha da gücləndirmək üçün tədbirlər görülür.

 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Türkiyə Ordusunun modeli Azərbaycan Ordusu üçün nümunə götürüləcək:

 

"Böyük təcrübəyə malik olan qardaş dövlət Türkiyənin təcrübəsindən, ordu quruculuğundan, yanaşmalarından geniş istifadə olunacaq. Deməzdim ki, Azərbaycan Silahlı Qüvvələri tam dəyişəcək, sadəcə, müharibədən irəli gələn təhlil aparıldı və o təhlilin nəticəsi olaraq Azərbaycan Ordusunda müəyyən islahatlar, təkmilləşdirmə prosesi gedəcək. Bu prosesin bütün sahələr üzrə aparılması nəzərdə tutulur - döyüş hazırlığı, planlar, quruluş, ştat strukturu, silah, texnika və s.
Prezident İlham Əliyevin məqsədi Azərbaycanda daha da güclü Ordunun qurulmasıdır. Bizim üçün təcrübəli Türkiyə Ordusu və müharibə sınağındanda keçmiş öz Ordumuz var".

 

Hərbi ekspert Ədalət Verdiyev də bu mövzudan danışıb:

 

“Son döyüş əməliyyatlarında Azərbaycan Türkiyə ilə birgə təlimlərdə əldə etdiyi təcrübəni tətbiq etdi. Azərbaycanla Türkiyə arasında olan münasibətlər gələcəkdə bu addımların genişlənməsini göstərir. Ümumilikdə isə Azərbaycan Ordusunun Türkiyə Ordusunun kiçik bir modeli kimi formalaşdırılması bizim Silahlı Qüvvələrin gələcəkdə daha kompaktlaşmasında müsbət rol oynayacaq. Bu proses ordunun silahlanmasına öz təsirini göstərəcək, həm də ordumuzun ştat, struktur dəyişikliklərinə məruz qalması ilə müşayiət olunacaq. Hazırda real addımlar atılır”.(Modern.az)