BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Müəllimlərin vaksinasiyası BAŞLADI

04 mart 2021 18:40:51

Bakı şəhəri üzrə təhsil işçilərinin koronavirusa qarşı vaksinasiyası aparılır.

 

Zəfər.az-ın məlumatına görə, 50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək. Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.

 

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. İlk olaraq tibb işçiləri, daha sonra isə risk qrupuna daxil olan digər şəxslər və yaşı 50-dən yuxarı olanlar cəlb olunub.