BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

8 Martda ictimai nəqliyyat işləməyəcək - Rəsmi

04 mart 2021 12:13:26

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

 

Zəfər.az xəbər verir ki, qərara əsasən, ölkədə 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 

Qeyd edək ki, ölkədə 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi. 8 Mart Qadınlar günü qeyri-iş günü olduğu üçün ictimai nəqliyyat ardıcıl olaraq üç gün işləməyəcək.