BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

İsrailli həkimlər Vətən müharibəsi qazisini protez gözlə təmin etdi

03 mart 2021 10:40:19

Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gələn israilli həkimlər artıq işlərinə start veriblər.

 

Zəfər.az İsrailin Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, 44 günlük müharibədə bir gözünü itirmiş və üzü deformasiya olmuş qazi Nuralı Abdullayevə tibbi yardım göstərilib.

 

Belə ki, Vətən müharibəsi qazisi İsraildən gətirilən protez gözlə təmin edilib.