BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən əldə edilən gəlirlər açıqlanıb

03 mart 2021 12:10:14

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə əldə edilən gəlirləri açıqlanıb.

 

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Zəfər.az-a verilən məlumata görə, AÇG yatağından 1 yanvar 2021- 1 mart 2021 tarixinə 574, 543 mln. ABŞ dolları gəlir əldə edilib.

 

Şahdəniz yatağından (qaz və kondensat) - əldə edilən gəlir 1yanvar 2021-1 mart 2021 tarixinə 3,538 mln. ABŞ dolları təşkil edib.

 

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – 1 yanvar 2021-1 mart 2021 tarixinə 3,538 mln. ABŞ dolları olub.