BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilərin Xankəndidə fiaskoya uğrayan “miatsum” TƏXRİBATI

22 fevral 2021 15:33:41

Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində fevarlın 20-də təxribata əl atılıb.

 

Zəfər.az xəbər verir ki, “Qarabağ klanı”nın azsaylı üzvləri 1988-ci il fevralın 20-də separatçı hərəkatın başlanmasının 33 illiyi münasibətilə aksiya keçirib. Aksiyaya qatılan 100-150 nəfərlik təxribatçı qrup Dağlıq Qarabağın Ermənistana məxsus olması ilə bağlı şüarlar səsləndirib. Amma Xankəndi sakinlərinin aksiyaya qatılmaması, əvvəlki illərdən fərqli olaraq iştirakçı sayının azlığı onları “tədbir”i vaxtından öncə bitirməyə vadar edib.

 

Xankəndidəki təxribatçı aksiyanın iştirakçılarının əksəriyyəti pul qarşılığında meydanlara çağırılan yerli tələbələr olduğu bildirilir. Qarabağ erməniləri “miatsum” xülyasının bitdiyini söyləyərək aksiya iştirakçılarını dağılışmağa çağırıb.

 

Beləliklə, “Qarabağ klanı”nın təşkil etdiyi aksiya öz hədəfinə çatmayıb.(Modern.az)