BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Çavuşoğlunun Bakı səfərinin proqramı AÇIQLANDI

17 fevral 2021 11:43:59

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

 

Zəfər.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək Çavuşoğlu xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək və Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.

 

Səfər zamanı Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin 9-cu görüşü keçiriləcək.

 

Həmçinin Çavuşoğlu və Zalkalianinin ikitərəfli görüş keçirəcəyi də planlaşdırılır.

 

Görüşlər zamanı ölkələrimiz arasındakı münasibətlər və regional proseslər və strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatda müzakirə ediləcək.(Modern.az)