BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ağdamda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

17 fevral 2021 23:05:54

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Zəfər.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər.

 

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 5232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.