BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

Ermənilər yeni ərazi iddiasındadırlar

06 mart 2020 17:19:20

“Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq kimi mənasız xülyalara qapılmış ermənilər yeni ərazi iddiasındadırlar.

 

Zəfər.Az Azərtac-a istinadən bildirir ki, Türkiyəyə qarşı daim ərazi tələbi irəli sürən, Azərbaycan torpaqlarının 20 faizini işğal edən ermənilərin budəfəki hədəfi Gürcüstanın Cavaxetiya bölgəsidir. Onlar artıq bunu gizlətməyərək, Cavaxetiya regionunun tarixən ermənilərə məxsus olduğunu açıq şəkildə bildirirlər. Parisdə nəşr olunan “Ermənistan xəbərləri” qəzetinin 25 iyul tarixli nömrəsində yer almış “Biz Cavaxetiliyik” yazısı bunu əyani şəkildə sübut edir.

 

Məqalə aşağıdakı cümlə ilə başlayır: “Cavaxetiya Qarabağ kimi ermənilərin tarixi vətəni olmuş, sonralar bu ərazi Gürcüstana verilmişdir”. Burada iki məqam qeyd edilməlidir. Birincisi, ermənilər bilərəkdən Dağlıq Qarabağ deyil, Qarabağ terminini işlətmişlər. Kimsə elə düşünməsin ki, məqalədə Dağlıq Qarabağ əvəzinə Qarabağ getməsi mətbəənin xətasıdır. Tarixi saxtalaşdırmaqda ad çıxamış ermənilər düşünülmüş şəkildə Qarabağ sözünü işlətmişlər. Bununla onlar Cənubi Qafqaz bölgəsinin tarixi və xəritəsi barədə demək olar ki, heç bir məlumatı olmayan dünya ictimaiyyətini çaşdırmağa, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağa iddialarını indi daha böyük ərazini əhatə edən Qarabağla əvəz etməklə, öz çirkin niyyətlərini bir daha büruzə vermişlər. Çoxlarına məlumdur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi Qarabağda yerləşir. Qarabağ bölgəsində Dağlıq Qarabağdan əlavə ona bitişik onlarla Azərbaycan rayonu vardır.

 

İkinci məqam, ermənilərin Cavaxetiyaya qarşı iddiaları Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə bağlı səsləndirdikləri sərsəm fikirlərlə eyni ssenari təşkil etməsidir. Qonşu dövlətlərin torpaqları hesabına öz ərazilərini genişləndirmək kimi çirkin xülyalara qapılmış ermənilər Dağlıq Qarabağın da tarixən onların ərazisi olması və sovet hakimiyyətinin ilk illərində onun guya zorla Ermənistandan qoparılaraq Azərbaycana birləşdirilməsi kimi sərsəm fikirlər səsləndirmiş və hətta bu gün də bu iddiadan əl çəkmirlər. Göründüyü kimi, Dağlıq Qarabağın və Cavaxetiyanın tarixi erməni torpağı olması barədə eyni ssenaridən çıxış edən ermənilər Azərbaycan kimi Gürcüstana qarşı da ərazi iddiaları ilə çıxış edirlər. Emənilərin bu iddialarının qarşısı vaxtında alınmasa, Gürcüstanda ikinci Dağlıq Qarabağ hadisəsinin baş verməsi qaçılmaz olacaqdır.

 

Dağlıq Qarabağ kimi Cavaxetiya bölgəsində də ermənilərin yığcam şəkildə yaşamasına işarə edilən məqalədə deyilir: “Bu gün əyalətin əhalisinin 90 faizi ermənilərdən ibarətdir. Vaxtilə ermənilərin tarixi ərazisi olmuş əyalət cənub-şərqdə 45 kilometr Ermənistanla, cənub-qərbdə 90 kilometr Türkiyə ilə həmsərhəddir. Cavaxetiya Gürcüstanda yeganə erməni əyalətidir ki, 1829-cu il sentyabrın 2-də Anadoluda Osmanlı imperiyası ilə çar Rusiyası arasında bağlanmış sülh sazişinə əsasən Rusiyaya birləşdirilmişdir. Əyalətin əhalisi əsasən osmanlıların zülmündən – Qarsdan, Ərzurumdan və Bəyaziddən qaçmış ermənilərdən ibarətdir. Hazırda Cavaxetiyada 200 min erməni yaşayır. Onların əksəriyyəti qərbi ermənistanlıdır”.

 

Göründüyü kimi, ermənilər Türkiyənin Van gölü ətrafındakı torpaqlarının vaxtilə qərbi Emənistanın əraziləri olmasına dair sərsəm iddialarını gizlətmirlər. Bütün dünyaya türklərin ermənilərə qarşı uydurma “soyqırımı” təşkil etmələri, Türkiyəyə qarşı ərazi iddiasında olmaları barədə səs salan ermənilərin Türkiyə ilə sərhədlərin açılmasına hər vəchlə çalışmaları bu xalqın məntiqsizliyindən, xəstə düşüncə tərzinə malik olmasından xəbər vermirmi?

 

Məqalədə bildirilir ki, əyalət əsas üç rayon mərkəzindən – Axaltsixedən, Axalkalakidən və Ninotsmindadan ibarətdir. Gürcüstan rəsmiləri bölgədə separatçı meyillərin güclənməsini bəhanə gətirərək, bu rayonlarda mexseti türklərini yerləşdirmiş və beləliklə, etnik qruplar arasında qarşıdurma üçün zəmin yaratmışdır. Bu fikirdə yenə növbəti erməni riyakarlığı və fitnəkarlığı özünü göstərir. Məqalədə nədənsə mexseti türklərinin vaxtilə Gürcüstanda yaşadıqları, Stalin tərəfindən deportasiyaya məruz qalaraq öz doğma ata-baba yurdlarından zorla çıxarılaraq, sürgün edilmələri barədə bir kəlmə belə deyilmir. Digər tərəfdən isə, öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran ermənilərdən soruşan yoxdur ki, etnik təmizləmə siyasəti aparmış Ermənistanda bu gün nə üçün bir nəfər də olsun azlıq təşkil edən millətin nümayəndəsi qalmamışdır?

 

Ermənilərin ərazi iddialarında olmalarını “əsaslandıran” məqalədə qeyd olunur ki, əgər belə davam etsə, tezliklə Cavaxetiya da vaxtilə ermənilərin olmuş Naxçıvan kimi Ermənistan xəritəsindən silinəcəkdir. Bu sərsəm iddiada da ermənilərin tarixi saxtakarlıqları özünü bir daha göstərir. Bu yaxınlarda 5 min illiyini qeyd etməyə hazırlaşan və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana dair ermənilərin iddiaları ilk dəfə deyil ki, səslənir. Tarixdən xəbərdar olmayan ermənilərin dəfələrlə xarici mətbuat səhifələrindən, Avropa Şurasının və digər beynəlxlaq təşkilatların tribunalarından Naxçıvanın Ermənistan ərazisi olması barədə səsləndirdikləri sərsəm fikirlər alimlərimiz, deputatlarımız tərəfindən zəngin tarixi faktlarla qətiyyətlə təkzib edilmişdir.

 

Məsələnin düşündürən tərəfi ermənilərin bəri başdan Cavaxetiyanı “özünküləşdirməsi”dir. Görəsən, Cavaxetiya nə vaxt ermənilərin olmuşdur ki, onlar bu ərazi “tezliklə Ermənistan xəritəsindən silinəcəkdir” deyə belə səs-küy qaldırmışlar?

 

Məqalədən Ermənistandakı erməniləri qızışdıran, onları yerindən oynadaraq yeni ərazilər iddiasına salan və nəhayət onlara zəhər verən ilanın kimliyi açıq şəkildə göstərilir. Bu, xaricdə fəaliyyət göstərən güclü erməni lobbisidir: “Diaspora Arsax kimi Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin də müdafiəsinə qalxmaqla öz rolunu oynamalıdır”. Buradan aydın olur ki, Dağlıq Qarabağ hadislərinin baş verməsində xarici ölkələrdəki erməni diasporu əsas rol oynamışdır. 1988-ci ilin əvvəllərində Fransadakı erməni lobbisi Azərbaycanda separatçılar tərəfindən törədilmiş məlum hadisələrdə bilavasitə iştirak etməsə də, onun təşkilatçılarını maliyyələşdirmək və mənəvi dəstək verməklə, münaqişənin daha da gərginləməsinə çalışmışdır. Bir budaqda oturub min budağı silkələyən erməni diasporu bununla öz əməlləri ilə sadə erməniləri yerindən oynatmış və onları mərhumiyyətlərə düçar etmişdir.

 

Məqalənin sonunda yeni bir ilan yuvasının – 2009-cu ildə yaradılmış və Fransanın Alforvil şəhərinin Madrid küçəsində lövbər salmış Fransa-Cavaxhi Assosiasiyasının məhz Cavaxetiya bölgəsindəki erməniləri müdafiə etmək adı altında onu Gürcüstandan ayırıb Ermənistana birləşdirmək kimi məkrli bir ideyanı həyata keçirməyə dair çağırışlar səsləndirməsi qonşuya xəyanətdən başqa bir şey deyildir.

 

Türkiyəyə, Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları xülyasına düşmüş, başları xam xəyallarla dumanlanan ermənilərin nə vaxtsa burunları möhkəm ovulacaq və tarixi saxtalaşdırdıqlarına görə layiqli cavablarını alacaqlar.