BASDIĞIN YERLƏRİ TORPAQ DEYƏRƏK KEÇMƏ, TANI:

“Nə Bakıya, nə də Yerevana yeni müharibə lazımdır” - Rusiyalı ekspert

17 fevral 2021 10:49:50

“Dağlıq Qarabağ ətrafında münaqişənin hərbi fazasının bərpası perspektivi görünmür”.

 

Zəfər.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Moskvadakı Karneqi Mərkəzinin ekspert şurasının üzvü, “Sivilizasiyaların dialoqu” İnstitutunun elmi araşdırmalar qrupunun rəhbəri Aleskey Malaşenko açıqlamasında deyib.

 

Onun fikrincə, münaqişə tərəfləri sülhə ehtiyac duyur:

 

“Münaqişə tərəfləri ağır müharibədən sonra zəifləmiş haldadır. Azərbaycana azad etdiyi əraziləri bərpa etmək, məskunlaşdırmaq lazımdır. Yeni müharibə şəraitində isə bu mümkün olmayacaq. Bakı nəqliyyat kommunikasiyalarının açılmasına da maraq göstərir. Ermənistan isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində maraqlıdır. İndi nə Bakıya, nə də Yerevana Qarabağda yeni müharibə lazımdır” - ekspert deyib.

 

Malaşenko Qarabağın yekun statusu ilə bağlı danışıqların qeyri-müyyən müddətə qədər uzanacağını və nəticəsini də öncədən müəyyən etməyin çətin olacağını əlavə edib. Onun fikrincə, ABŞ və Rusiya Qarabağ münaqişəsi ilə bağlı sıx əməkdaşlıq edəcək.

 

“Əminəm ki, Moskva Qarabağ məsələsində ABŞ-ın yeni administrasiyası ilə ehtiyatla, amma gərginlik keçirmədən çalışacaq. Moskvanın rahatlığı onun qoşunlarının Qarabağda yerləşməsi ilə bağlıdır. Fransa isə danışıqlara yeni nəfəs verəcək”.

 

Ekspertin fikrincə, Qarabağ məsələsi ətrafında müzakirələr uzun çəkəcək.