“Ermənilər uşaqlarına azərbaycanlıları daşlamağı öyrədirdilər” - Xankəndi sakini
17 fevral 2021 10:36:34
Bu günlərdə mətbuat Dağlıq Qarabağdakı separatçıların “rəhbəri” Araik Arutunyanın sinif yoldaşı olmuş azərbaycanlı xanımın müsahibəsini yayımlayıb. Müsahib fotosunun və adının açıqlanmağını istəməyib.
Bu isə oxucularda həmin müsahibənin həqiqiliyinə şübhə yaradıb.
Zəfər.Az bildirir ki, Xankəndidən olan və “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinə rəhbərlik edən Xatirə Vəliyeva mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.
“Araik barədə müsahibə verən xanım Xankəndidəki institutda müəllim işləyən Abbas müəllimin qızıdır. Səhv etmirəmsə, onun özü də bir zamanlar jurnalist kimi fəaliyyət göstərib.
Araik məndən yaşca kiçik olduğuna görə onu tanımırdım. Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyanla Robert Köçəryanı isə tanıyırdım. Serj Sarkisyanla da komsomol təşkilatyında işlədiyinə görə əlaqəm var idi”.
X.Vəliyevanın sözlərinə görə, Xankəndidə yaşayan ermənilər həmişə övladlarını azərbaycanlı uşaqlara daş atmağa, onları vurub qaçmağa təhrik edib:
“Bizim ev Xankəndidə insitutun yanında idi. Azərbaycalı tələbələr o həndəvərdə kirayə qalırdılar. Erməni tələbələr azərbaycanlılara “tork” deyərək, daş atırdılar.
Bir hadisə yadıma düşdü. Qış vaxtı idi, çoxlu qar yağmışdı. Uşaqlar qartopu oynayırdılar. Erməni uşaqları qarın içinə daş qoyub, azərbaycanlılara atıb onlara xəsarət yetirirdilər. Həmin uşaqlara bunu etməyi erməni valideynləri öyrədirdi”.